Zurabişvili: "Seçkilərə hazırlaşmalıyıq”

Dünya

18.05.2026 - 09:04

Sabiq Prezident müxalifəti erkən parlament seçkilərinə hazırlaşmağa çağırıb

Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili, "Gürcü Arzusu" hökumətinin qəti mövqeyinə baxmayaraq, müxalifəti erkən parlament seçkilərinə hazırlaşmağa çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə sabiq Prezident “Facebook”da canlı yayım zamanı bildirib.

"Seçkilərə hazırlaşmalıyıq. Bu, təkcə bizim ittifaqımızı deyil, həm də bütövlükdə cəmiyyəti narahat edir. Cəmiyyət hazırlaşmalıdır, çünki bu, həqiqətən həlledici an olacaq və biz seçkilərin nə vaxt keçiriləcəyini bilmirik. Rejim Kobaxidzenin bizə dediyi kimi, seçkilərin 2028-ci ildə keçiriləcəyinə inana bilər, amma heç kim onların daha tez keçirilə biləcəyi ehtimalını istisna edə bilməz", - Zurabişvili qeyd edib.

Yeni parlament seçkilərinin keçirilməsi 2024-cü ilin oktyabrında "Gürcü Arzu – Demokratik Gürcüstan" Partiyasının qələbəsini rədd edən müxalifətin əsas tələbi olaraq qalır. Müxalifət ittifaqı altı tələb irəli sürüb və onların yerinə yetirilməsinin azad və ədalətli səsverməni təmin edəcəyini iddia edirlər. Onlar xaricdəki mühacirlərin seçkilərdə iştirakına icazə verilməsini, seçki komissiyalarının işçi heyətinin tərkibi qaydalarının dəyişdirilməsini, seçicilərin yoxlanılmasının gücləndirilməsini və seçki mübahisələrinin baxılmasının xüsusi məhkəmə kollegiyalarına həvalə edilməsini təklif edirlər.

Baş nazir İrakli Kobaxidze müxalifətin təkliflərini qəti şəkildə rədd edərək, ölkənin növbəti parlament seçkilərinin mövcud qanunvericiliyə uyğun olaraq və müəyyən edilmiş müddət ərzində keçiriləcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş