Zəngin və subay: Rusiyada yaşayan azərbaycanlıların reytinqi

Mədəniyyət

29.08.2020 - 23:02

Mən artıq bir ailəm olsun istəyirəm, amma evlənməyə tələsmirəm

 

Rusiyada həsəd aparılan məhşur azərbaycanlı subayların sayı azalır: ötən həftə Bahh Tee təxəllüsü ilə tanınan, 32 yaşlı Bəxtiyar Əliyev evləndi. "Zhara Music" musiqi leyblının həmtəsisçisi, "Zhara FM" radiostansiyasının baş prodüseri bu münasibətlə Moskvada möhtəşəm bir bayram təşkil edərək, Səidə adlı bir qızla ailə qurdu. Ertəsi gün xoşbəxt olan yeni cütlük bal aylarında Türkiyəyə yolandı. Bu, Bahh Tee üçün ikinci evlilikdir. Birincisinin “bəhrələrini” bu günə qədər yığır: vaxtaşırı baş rolda keçmiş həyat yoldaşı Fərqanə Həsənovanın olduğu qalmaqallı hadisələrin iştirakçısına çevrilir.

Bahh Tee – биография, фото, личная жизнь, новости, песни 2020 - 24СМИ

Ancaq gənc, müvəffəqiyyətli, məşhur, zəngin, amma ən əsası, subay bir azərbaycanlını həyat yoldaşı olmağı xəyal edən qızların ümidsizliyə qapılması lazım deyil: onların sayı çox olmasa da, hələ də qalırlar. AYNA məşhur azərbaycanlılardan kimin ailə ocağı yaratmasının əleyhinə olmadığını və öz bəxtinə çıxacaq qismətini axtardığını aydınlaşdırıb. Beləliklə:

EMİN

 

Emin Ağalarov Azərbaycanın ən çox həsəd aparılan subayların reytinqinə başçılıq edir. Əsl Qafqaz kişisi kimi Xalq artisti, iş adamı, bəstəkar uşaqları və təvazökar gözəl qadınları sevir. Əkizləri Əli və Mikayıl, qızları Əminə və Afinanı böyüdür. Emin azad insan statusunu cəmi bir neçə ay əvvəl əldə etsə də, yenidən aşiq olmağa qarşı deyil. Mayın 13-də “Instagram” səhifəsində sənətçi model Alena Qavrilova ilə boşanmaları barədə açıqlama verib. Bundan bir müddət sonra aparıcı Alena Jigalova ilə görüşdə ev sahibinin çətin suallarına cavab verən Emin, həyatında hələ də "yaxşı bir seçim" ola biləcəyini istisna etmədiyini etiraf etdi. Dedi ki, "beynində arzuladığı"na uyğun gələn bir qızla rastlaşsa, üçüncü dəfə ailə qurmağa hazırdır. Müğənni yenidən ata olmağa hazır olduğunu bildirdi. Necə deyərlər, əsl milyon dollarlıq nişanlıdır.

Гусейн Гасанов – биография, фото, личная жизнь, новости, Инстаграм 2020 -  24СМИ

Hüseyn Həsənov

 

Rus “Instagram”ında ən populyar oğlan, milyonçu, lüks avtomobillər kolleksiyaçısı, şən oğlan və... subay həyatına sadiq bir oğlan. Hər halda son zamanlara qədər Hüseyn belə idi. Ta ki, gözlənilmədən abunəçilərini təəccübləndirməsəydi. Mənzilində "kiçik hüseynciklər nə vaxt qaçışacaq" sualına cavabında Hüseyn “Son vaxtlar bu barədə daha çox düşünürəm. Uşaqların olması əladır”, - dedi.

 

Qızlar bunu evliliyə hazırlıq işarəsi olaraq götürdülər və bir-birilərinin bəhsinə Həsənova olan sevgilərini bildirməyə başladılar. Ancaq ürəyə hökm etmək olmaz və bloger hələ də özünə ömür-gün yoldaşı tapmayıb. Ancaq əsas olan qərara gəlməkdir.  Və Hüseyin isə deyəsən, qərarında çox ciddidir. Buna görə də, yaxın gələcəkdə ilin toyunun olacağını da istisna etmirik...

JONY раскрыл личные секреты Алле Довлатовой | «Русская Теленеделя»

JONY (CONİ)

 

Musiqi dünyasında Jony kimi tanınan Cahid Əfrail oğlu Hüseynli Bakıda anadan olub və 4 yaşında ailəsi ilə birlikdə Moskvaya köçüb. Birinci sinifdə Jony müəllimləri vokal göstəriciləri ilə heyran qoyduğu məktəb xorunda oxumağa başlayıb. Artıq doqquzuncu sinifdə olanda həyatını musiqi ilə ciddi şəkildə birləşdirmək istədiyini başa düşdü.

 

Amma sənətkarın atası oğlunun bizneslə məşğul olub, onun işini davam edəcəyini xəyal edirdi. Buna görə Cahid İdarəetmə Universitetində ciddi bir fakültədə oxumaq məcburiyyətində qaldı. Lakin atasının fikri uğursuz oldu: diplom işini müdafiə etdikdən sonra Jony musiqiyə qayıtdı.

 

2019-cu ilin sentyabr ayında Jony “Apple Music”in ilk sətirini tutan “Kometa” mahnısını buraxır. Duetlər yazır və Emin Ağalarovla dostluq edir. Bu yaxınlarda fanatı ilə evlənməyə hazır olduğunu bildirib: “Əgər sevirəmsə, fanatımla da evlənə bilərəm. Bu, mənim üçün tamamilə normal bir vəziyyətdir”.

 

Beləliklə, konsertlərdəki qızlar, gözlərinizi dörd açın: bəlkə müğənni nəzərlərini sizə yönəldəcək...

Şevgi Əhədov

 

KVN-çi, ssenarist, Rusiyanın “RUDN Universiteti” KVN komandasının üzvü və bloger Şevgi şən qızların ürəyincə olacaq. Son zamanlar Əhədov məşhur “Hollywood” və rus filmləri üzərində təcrübə aparır, onların süjet xəttini montaj yolu ilə dəyişir. Bloqçu “Instagram” sosial şəbəkəsindəki səhifəsində məzəli videolar paylaşır.

 

Çox vaxt ilk məşhurlar da daxil olmaqla, rusiyalı gözəllər onun tərəfdaşı olurlar. Tamamilə səmimi olsa da, parlaq simalı, lakin təvazökar qızları sevdiyini etiraf edir. Bloger bir reportajda sevgi və ailə ilə bağlı tezislərini açıq şəkildə bildirdi. Onun dediklərinin əsas məqamları:

 

“Mən artıq bir ailəm olsun istəyirəm, amma evlənməyə tələsmirəm. Problem ondadır ki, mən bir insanın daim məni gözləməsini istəmirəm. Hazırda isə çox işləyirəm. Həmişə sevdiyim qadının yanında olmaq istəyirəm, amma indiyə qədər belə bir imkanım yoxdur. Evin sahibi mən olacam. Ancaq mənim yarımın kimsə olmaq və ya bir şey etmək xəyalı varsa, heç bir halda ona qadağa qoymayacağam. Mən ona dəstək olacağam. Şəxsin özü nə edəcəyinə qərar vermək hüququna malikdir. Lazım gələrsə, bir qıza çox pul xərcləməyə hazıram. Ümumiyyətlə, qıza xərclədiyim zaman pulu saymıram. Sadəcə edirəm: emosiya hədiyyə edirəm. Mən belə bir insanam, gözlədiklərimdən daha çox şey verir və bundan özüm də müsbət enerji alıram. Xəyanəti bağışlayacağam, amma yollarımız mütləq ayrılacaq. Dostluğumuz da alınmayacaq. Kişilərin "heyvan instinkti" tipinə sahib olduqları üçün çox vaxt öz qadınlarını aldatdıqları deyilir. Cəfəngiyyatdır! İnsan hər şeydən əvvəl kişidir və ağlı var. Həm də kimi aldatmaq? Özünüz seçdiyiniz adamı? İnanıram ki, belə kişilər zövqlərinə və seçimlərinə hörmət etmirlər. Adətən kişilər qadının onu məyus etdiyi zaman aldadırlar".

 

Bir çox qızların mütləq qiymətləndirəcəyi olduqca doğru tezislərdir.

Emil Səmədov

 

Rus “Instagram”ının daha bir populyar azərbaycanlısı - ən parlaq və gur səsli gecə partilərinin müntəzəm iştirakçısı, 34 yaşlı bloger Emilio. Gözəl maşınları və model görünüşlü qızları sevən Hüseyn Həsənovun yaxın dostu. Emil abunəçilərinə dəbdəbəli həyatı haqqında ətraflı məlumat verir, “Instagram”da paylaşdığı heyranedici partilərin bütün detallarını paylaşır.

 

Hazırda Emilin ürəyi boşdur, amma ətrafında həmişə çox gözəl, uzun ayaqlı sarışınlar dolaşır. Ancaq Emil hələ də özünün bircəciyini tapmayıb. Ancaq, görünür ki, fəal şəkildə onun axtarışındadır...

Müəllif: İradə Əsədova