Hər iki təkan eyni geniş ərazidə qeydə alınıb
Yunanıstanın Fiv şəhəri yaxınlığında 4 bal gücündə zəlzələ olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Afina Milli Rəsədxanasının Geodinamika İnstitutunu məlumat yayıb.
Bildirilib ki, ilk zəlzələ sentyabrın 30-da yerli vaxtla saat 08:20-də qeydə alınıb. Zəlzələnin episentri Fiv şəhərindən 2 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanın ocağı 12,3 kilometr dərinlikdə olub.
Bir neçə dəqiqə sonra, saat 08:28-də 3,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Onun episentri Fiv şəhərindən 3 kilometr cənubda, ocağı isə 11,8 kilometr dərinlikdə yerləşib.
Hər iki təkan eyni geniş ərazidə qeydə alınıb.