Yanğın baş verən əraziyə 4 Təcili Tibbi Yardım briqadası yollanıb

Hadisə

10.12.2019 - 10:24

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər sahibkara yerində yardım göstərilib

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı, bu gün saat 08:18-də Təcili Tibbi Yardıma çağırış daxil olub.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb.

 

Saat 09:15 üçün Təcili Tibbi Yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

 

Qeyd edək 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə yanğınla bağlı çağırış daxil olub. Hadisə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında qeydə alınıb.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş