Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb

Hadisə

26.01.2021 - 06:32

Güclü partlayış zamanı xəsarət alan 6 nəfər xilas edilib 

 

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb. Bu barədə AYNA FHN-ə istindən xəbər verir.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, FHN-in xilasedicilərinin müdaxiləsi nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az