Xankəndidə anti-Azərbaycan təxribatı və sülhməramlıların “korluğu” – <font color=red> VİDEO</font>

Aktual

24.04.2021 - 14:05

Ruslar bilirdilər ki, belə bir təxribat hazırlanır və bunun qarşısını almaq üçün kifayət qədər vaxtları vardı

 

ARF Daşnaksütyun gənclər hərəkatının üzvləri aprelin 23-də İrəvanın Azadlıq Meydanında bir məşəl yürüşü önündə Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar. Ermənistanın news.am internet portalı xəbər verir ki, iki ölkənin dövlət bayraqları yandırıldıqdan sonra iştirakçılar “Mübarizə” şüarını qışqırmağa başladılar.

 

Baş verənlərdə gözlənilməz bir şey yoxdur. Ermənilər həmişə qürurla dünyaya öz aralarında azərbaycanlılara və türklərə qarşı nifrət ənənələrinin nə qədər güclü olduğunu nümayiş etdiriblər.

 

Nəhayət, bunun nəticəsi olaraq, Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryan mədəni bir insan üçün utanc olan, “azərbaycanlılar və ermənilərin genetik uyğunsuzluğu” haqqında dəhşətli bir cümlə səsləndirdi. Budur, bu postulatın reallığı hamının gözü önündədir! Bu hərəkətin daşnaklar tərəfindən həyata keçirildiyi təəccüblü deyil - bu partiya yarandığı andan etibarən türkofobiyanı, azərbaycanofobiyanı, qonşu dövlətlərə ərazi iddialarını, habelə terrorizmi hədəfinə çatmaq üçün təbliğ edib.

 

Ümumiyyətlə, bu dəfə mifik “erməni soyqırımı” günü ərəfəsində belə bir aksiyanın İrəvanda baş verməməsi təəccüblü olardı. Erməni mediasının və telegram kanallarının məlumatlarına əsasən, eyni hərəkətin Xankəndidə baş verməsi tamamilə fərqli bir məsələdir. Orada Azərbaycan, Türkiyə və hətta İsrailin bayraqları da yandırıldı. Bunun üçün çox cəsarətə ehtiyac yoxdur. Erməni kişiləri mətbəxdə və yorğanın altında nə istəsələr qışqırıb, sinələrindəki, hətta xanımlarının ayaqlarındakı tükləri belə, yandıra bilərlər.

 

Ancaq çox ciddi bir sual yaranır: Rusiya sülhməramlıları hara baxırdılar? Artıq onların öz vəzifələrini çox spesifik şəkildə izah etmələrini hamı bilir. Məsələn, rus sülhməramlısından bir uşaq gözləyən, 25 yaşlı Qayane Qrantovna Arzumanyan Xankəndidəki sülh kontingentinin rəhbərliyinə müraciət edərək, ədalətə nail olmaq istəyir.

Bu barədə məlumatlar sosial şəbəkələrin erməni seqmentində yayılıb və qızğın müzakirələrin predmetinə çevrilib. Xəbər verildiyi kimi, 2021-ci ilin yanvarında erməni millətindən olan Xankəndi sakini Qarabağda xidmət edən Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş leytenantı Artyom ilə tanış olub. Qızın dediyinə görə, təxminən iki həftə görüşüblər və bundan sonra Artyom əlaqəni kəsib.

 

Görüşün elə birinci həftəsindən sonra Qayane hamilə olduğunu öyrənib və Artyoma bildirib. Hazırda qadın hamiləliyin yeddinci həftəsindədir. Onun valideynləri və qohumları müxtəlif orqanlara müraciət edirlər, lakin baş leytenant Artyomun axtarışından hələ bir nəticə yoxdur. Onun nə vaxtsa üzə çıxıb-çıxmaması böyük bir sualdır. Ancaq skandalın alovlanması bir zarafat deyil, açıq həqiqətdir.

 

Düzdür, məsələyə erməni nöqteyi-nəzərindən yanaşsaq, burada müsbət bir məqam da var. Artyomdan Aşot və ya Karen deyil, Qayane hamilə qaldı. Qarabağ ermənilərinin qalmaqallı təbiətini və möcüzələrə inamlarını nəzərə alsaq, belə bir xəbər də gözləmək olardı. Və bu vəziyyətdə, Artyom artıq bir sülhyaradan yox, möcüzəyaradan olacaqdı.

 

Lakin, hətta bu möcüzə baş versəydi belə, bu, heç bir şəkildə rusların Azərbaycan, Türkiyə və İsrail bayraqlarının yandırılmasının qarşısını ala biləcəyi bariz həqiqəti inkar edə bilməz. Ruslar bilirdilər ki, belə bir təxribat hazırlanır. Buna görə də bunun qarşısını almaq üçün kifayət qədər vaxtları vardı. Ancaq bu təxribatın qarşısnı almaq üçün heç bir addım atılmadı. Və bu, Bakı üçün artıq sayı gün keçdikcə çoxalan daha bir siqnaldır.

 

Özlərini rus sülhməramlıları adlandıranlar, əslində erməni radikallarını hələ də Qarabağ separatçılarının nəzarəti altında olan Azərbaycan ərazilərində anti-Azərbaycan və anti-türk təxribatlarına təşviq edən bir tərəfdir. Bütün baş verənlərin rus sülhməramlılarına onsuz da laxlayan imicinə neqativlik qatacağını demək - heç nə demək deyil. Üstəlik, belə məlumatlarla Qarabağ separatçılarının liderlərinin Bakıya gətirilməsi ilə nəticələnəcək, Xankəndidə antiterror əməliyyatı keçirməyi müdafiə edənlərin mövqeləri güclənir. Bu, həqiqətən ayıldıcı bir addım olacaq ki, bundan sonra Xankəndi erməniləri özləri onlara harada desək, orada da Azərbaycan bayraqlarını asacaqlar.

Müəllif: Əkbər Həsənov