Vuçiç Serbiya Prezidenti vəzifəsindən istefa verib

Dünya

27.09.2026 - 22:50

Ana Brnabiç Serbiyanın müvəqqəti Prezidenti vəzifəsini icra edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç 27 sentyabrda növbədənkənar parlament seçkilərindən əvvəl dövlət başçısı vəzifəsindən istefa verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, istefa onun ikinci prezidentlik müddəti ərzində baş tutub.

Serbiya Konstitusiyasına görə, Vuçiç artıq prezidentliyə namizəd ola bilməz.

Prezidentin istefasından sonra keçmiş Baş nazir və hazırkı parlament sədri, hakim Serbiya Tərəqqipərvər Partiyasının (SNT) nümayəndəsi Ana Brnabiç Serbiyanın müvəqqəti Prezidenti vəzifəsini icra edəcək.

Vuçiç qarşıdan gələn seçkilərdə SNT-nin Baş nazirliyə namizədi kimi iştirak etmək niyyətindədir. Tərəfdarları onun Belqraddakı iqamətgahının qarşısında toplaşmağa başlayıblar. İştirakçılar əllərində "Vuçiç - millətimizin atası" yazılı plakatlar tutublar.

Vuçiç 29 iyunda istefa verəcəyini, 23 iyulda isə ölkədə bu payız parlament seçkilərinin keçiriləcəyini elan edib. Onun sözlərinə görə, prezident seçkiləri bir az sonra, təxminən oktyabr-noyabr aylarında keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş