Ukrayna Robert Fiko, Lula da Silva və Milorad Dodiki “qara siyahı”ya salıb

Dünya

10.06.2025 - 16:59

cedabet dərman SEO Xidməti

Slovakiya, Braziliya və Serb Respublikasının rəhbərləri “Mirotvorets” saytının məlumat bazasına əlavə edilib

Ukraynanın “Mirotvorets” saytının siyahısına Slovakiyanın Baş naziri Robert Fiko, Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Serb Respublikasının rəhbəri Milorad Dodik də əlavə edilib. Bu barədə AYNA.AZ Ukrayna mediasına istinadən bildirir.

Resurs sahiblərinin fikrincə, Lula da Silva “Ukraynanın Rusiya təcavüzünə müqavimət göstərmək hüququnu inkar edir”, Dodik Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edir, Fiko isə “Kreml təbliğatını yayır”.

Bundan əvvəl Fiko, da Silva və Dodik Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya səfər ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş