UEFA azarkeş limitini ləğv edib

İdman

01.04.2021 - 06:35

Azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq

 

UEFA pandemiya dövründə 55 milli assosiasiyasının keçirdiyi yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.

 

AYNA xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. UEFA İcraiyyə Komitəsnin yeni qaydasına əsasən, görüşlərdə azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.

 

Xatırladaq ki, UEFA ötən ilin oktyabrında stadion tutumunun 30 faizi miqdarında matçlara azarkeş buraxılmasına icazə vermişdi.

Müəllif: Ayna.az