Bingöl vilayətində 5.2 bal gücündə zəlzələ olub
Türkiyənin Bingöl vilayətində 5.2 bal gücündə zəlzələ baş verib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəetmə Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Kiqa bölgəsində olub. Yeraltı təkan 15,51 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Tuncelidə, Erzincanda, Bitlisdə, Elazığda, Muşda, Diyarbakirdə və Malatyada hiss olunub. Dağıntı və itki barədə məlumat verilməyib.