Tunberq İsrail tərəfindən deportasiya edildikdən sonra İsveçə qayıdıb

Dünya

11.06.2025 - 11:09

cedabet dərman SEO Xidməti

Fəalı hava limanında Fələstin bayraqları daşıyan çoxlu sayda insan fəalı alqışlarla qarşılayıb

Qəzza zolağına keçməyə çalışan isveçli fəal Qreta Tunberq İsveçə qayıdıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Aftonbladet” nəşri məlumat yayıb.

Qeyd olunub ki, fəalı hava limanında Fələstin bayraqları daşıyan çoxlu sayda insan fəalı alqışlarla qarşılayıb.

Xatırladaq ki, Tunberq İsraildən deportasiya edilib. Dünən məlum olub ki, İsrail qüvvələri “Azadlıq Donanması” koalisiyasının tərkibində Qəzza zolağı sahillərinə doğru hərəkət edən “Madlen” gəmisini saxlayıb. Gəminin göyərtəsində Tunberq də daxil olmaqla 12 nəfər olub.

Bundan sonra isveçli fəal qaçırıldığını iddia edərək, İsrail hakimiyyətinə qarşı ittihamlar səsləndirib. O tərəfdarlarını və qohumlarını İsveç hökumətinə təzyiq göstərərək onu və gəminin qalan heyətini tez bir zamanda azad etməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş