“Birliyə üzv dövlətlər potensial cavab üzərində işləyirlər. Prosesə Avropa Komissiyası rəhbərlik edir”
Avropa İttifaqı (Aİ) ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçkilərdə qalib gələcəksə, ABŞ-la genişmiqyaslı ticarət müharibəsinə başlayacaq. Bu barədə “Politico” nəşri Brüssel və digər Avropa paytaxtlarının yüksək rütbəli diplomatları və rəsmiləri arasında olan anonim mənbələrə istinadən yazıb.
Yüksək səviyyəli diplomat Aİ-nin hərəkətlərini belə təsvir edib: "Biz tez və sərt şəkildə cavab verəcəyik". Başqa bir Avropa ölkəsindən olan ikinci diplomat deyib: “Birliyə üzv dövlətlər potensial cavab üzərində işləyirlər. Prosesə Avropa Komissiyası rəhbərlik edir”.
Onun sözlərinə görə, Aİ rəhbərliyi plan hazırlayıb və ticarət müharibəsində qalib gəlmək qabiliyyətinə kifayət qədər əmindir.
“Keçən dəfə biz Trampın əslində qalib gələcəyinə inanmırdıq. Bu dəfə hazırlaşmağa vaxtımız oldu. Avropa çox dəyişib və biz hərəkətə keçməyə hazır olacağıq”, - deyə diplomatik mənbə vurğulayıb.
Nəşrin bir neçə həmsöhbətinin fikrincə, Aİ liderləri əmindirlər ki, cavab nə qədər sərt olsa, Tramp danışıqlara bir o qədər tez razılaşacaq: “Aİ cavab tədbirləri ilə Birləşmiş Ştatlarda o qədər narahatçılıq yaratmağı hədəfləyib ki, Tramp vəziyyətdən çıxış yolu ilə dərhal danışıqlar aparmağa və Avropanı daha yaxşı vəziyyətə salacaq saziş bağlamağa məcbur olacaq”.
“Politico”nun mənbələri deyiblər ki, xoşagəlməz bir ssenari də var ki, bu zaman “sərt zərbə” olacaq.
Aİ Trampla danışıqlarda ABŞ-la Çinlə bağlı daha sıx əməkdaşlıq barədə razılığa gəlməyi gözləyir.
Tramp seçkilərdən əvvəl həm düşmən, həm də dost ölkələrə 10 və ya 20 faizlik tariflərin tətbiqi imkanını qeyd edib. Siyasətçi tariflərin tətbiqi ilə təkcə ABŞ-ın ticarət kəsirini azaltmaq üçün deyil, həm də Avropa sənayesinə zərbə vuracağını vəd edib.