“Onlar ciddi məğlubiyyətə uğradıqda, tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”
ABŞ Prezidenti Donald Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Amerika lideri Nyu-York şəhəri yaxınlığında Nassau qraflığındakı polis akademiyasında çıxışı zamanı deyib.
"Nəhayət, İranı məğlub etdikdə və onlar ciddi məğlubiyyətə uğradıqda, tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm. Biz blokadanı davam etdiririk. Biz istəmədikcə heç bir gəmi keçmir", - deyə Tramp vurğulayıb.
Çərşənbə günü Prezident Tramp ABŞ ordusunun Hörmüz boğazına tam nəzarət etdiyini və bunu davam etdirəcəyini bildirib.
"The Wall Street Journal" qəzeti iyul ayında Hörmüz boğazından gündə keçən gəmilərin sayının münaqişədən əvvəlkindən beş dəfə az olduğunu göstərən məlumatları yayıb.