“Etirazlara qoşulan bütün əcnəbilərə xəbərdarlıq edirik: 2025-ci ildə biz sizi tapıb deportasiya edəcəyik”
ABŞ Prezidenti Donald Tramp Fələstin tərəfdarı etirazlarda iştirak edən əcnəbilərin - həm tələbələrin, həm də digərlərinin ölkədən çıxarılmasını nəzərdə tutan "Antisemitizmlə mübarizə haqqında" sərəncam imzalamaq niyyətindədir. Bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyi “Amerika yəhudilərinə qarşı terror təhdidləri, yandırma, vandalizm və zorakılıqları” mühakimə etmək üçün “təcili tədbirlər görməlidir” deyə agentliyin istinad etdiyi Ağ Evin sənədlərində deyilir.
Tramp həmçinin Yaxın Şərqdə HƏMAS terror qruplaşmasının İsrailə hücumundan sonra başlayan münaqişənin kəskinləşməsi ilə əlaqədar Amerikanın “şəhərlərində və küçələrində” “antisemitizm partlayışı” ilə mübarizə üçün “bütün federal resursları” səfərbər edəcəyini vəd edir.
“Bu ölkədə yaşayan və cihadçıların etirazlarına qoşulan bütün əcnəbilərə xəbərdarlıq edirik: 2025-ci ildə biz sizi tapıb deportasiya edəcəyik. Həmçinin universitet şəhərciklərində radikalizmə yoluxmuş bütün HƏMAS tərəfdarlarının tələbə vizalarını da tez bir zamanda ləğv edəcəyəm”, – “Reuters” Trampın müəllifi olduğu sənəddən sitat gətirib.
“ABŞ-da yaşayan əcnəbilərin sadəcə siyasi çıxışlarına görə deportasiya edilməsi konstitusiyaya zidd olar, çünki bu, söz azadlığı hüququnu pozur”, deyə Kolumbiya Universitetinin baş əməkdaşı Kerry DeSelle bildirib: ““Birinci düzəliş” Amerika universitetlərində təhsil alan xarici vətəndaşlar da daxil olmaqla, Birləşmiş Ştatlarda olan hər kəsi qoruyur".
Öz növbəsində, Amerika-İslam Münasibətləri Şurası (CAIR) bəyan edib ki, təşkilatın hüquq müdafiəçiləri Trampın sərəncamını icra etməyə cəhd etsələr, ona məhkəmədə etiraz etmək imkanını nəzərdən keçirəcəklər.
Vəkil qrupu olan Ərəb Amerika İnstitutunun icraçı direktoru Maya Berri bildirib ki, ictimaiyyət Trampın sərəncamdan dərin narahatlıq keçirir. O, həmçinin hakimiyyətin gözlənilən hərəkətlərini ABŞ-da söz azadlığına zərbə kimi qiymətləndirib.