Vyetnam Kommunist Partiyası MK-nın Baş katibinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşılanma mərasimi olub.
AYNA.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.
Prezident İlham Əliyev və Baş katib To Lam fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycan əsgərlərini salamlayıb.
Vyetnam və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra rəsmi foto çəkdirilib.

