Təhsil Nazirliyi yekun dövlət attestasiyası ilə bağlı məlumat yayıb

Xəbərlər

07.06.2021 - 16:32

Qiymətləndirmənin təhsil müddətində əldə etdikləri nəticələr əsasında aparılması məqsədəmüvafiq hesab edilib

 

Məlum olduğu kimi, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.

Müəllif: Ayna.az