TƏBİB-dən səyyar vaksinasiya barədə açıqlama

Xəbərlər

19.08.2021 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Səyyar vaksinasiya briqadaları avtobuslar vasitəsilə xidmət göstərəcək

 

Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə həyata keçirilən səyyar vaksinasiya briqadaları mobil avtobuslar vasitəsilə də xidmət göstərəcək.

 

TƏBİB-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, səyyar briqadaların təşkil edilməsində məqsəd ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan peyvəndləmə prosesinin daha da sürətləndirilməsi, vətəndaşların vaksinə əlçatanlığının təmin edilməsidir.

 

Məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.

 

Vaksin məntəqələri Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı “ASAN xidmət”in yaxınlığı) və Əsəd Əhmədov küçəsi (“Bravo” ticarət mərkəzi ilə üzbəüz) ünvanlarında yerləşir.

 

Qeyd edək ki, səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş