Son sutkada bu qədər insan koronavirusun qurbanı olub

Dünya

03.05.2021 - 10:42

Virusa yoluxmuş 12 min 870 nəfər vəfat edib

 

Ötən sutka ərzində dünyada koronavirusa yoluxanların sayı açıqlanıb. AYNA Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata istinadla xəbər verir ki, mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər vəfat edib.

 

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiya regionunun payına düşür.

 

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş