Siyəzəndə narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Xəbərlər

06.09.2021 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

10 kiloqrama yaxın olan çətənə aşkar olunaraq maddi sübut kimi götürülüb

 

Siyəzəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qupundan AYNA-ya verilən məlumata görə, rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin rayon  sakini Sərvər Mirzəyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 10 kiloqrama yaxın olan çətənə (kannabis) bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş