Serebral iflic xəstəsinə heç nə mane olmadı, adını tarixə yazdırdı - <font color=red> FOTOLAR</font>

Maraqlı

27.06.2019 - 08:30

Qaradərili,  transseksual və serebral iflic olan model adını tarixə yazdırıb

 

Gənc model Aron Filip “Paper Magazin” jurnalının üz qabığı seçilib. Ancaq hər şey bu qədər asan deyil. Filip məşhur jurnala üz qabığı seçilən ilk qaradərili, ilk transseksual və ilk serebral iflic xəstəsi olan model kimi tarixə düşüb.

Son bir ildir “Elite Model” menecerlik şirkətiylə çalışan Filip jurnala verdiyi müsahibədə maraqlı fikirlər bildirib: “Moda aləmi sadəcə tək vücud tipini tanıyırdı və indiyədək həmin fomra qəbul edilirdi. Ancaq indi biz sektora daxil oluruq. Bütün bədən tipləri önə çıxmaq və təqdir olunmaq istəyir. Sadəcə, təqdir edilmək deyil, eyni zamanda arzulanan və qəbul edilən olmaq istəyir”.  

 

Özünü bir aktivist kimi təsvir edən Aron Filip moda dünyasında əmin addımlarla irəliləyir: "Moda aləmində hələ də əlil insanlar daha az görünür və daha az cəlbedicidilər. Mən Jillian Mercadodan sonra, artıq dəb sektorundakı iki əlil modeldən biriyəm".

"Mənim vəziyyətimdə olan qızlara görə səsimi yüksəldəcəyəm. Mübarizə aparacağam ki, onlar mənim kimi çətinliklərlə üzləşməsinlər. Digər qızlar yalnız yaşasınlar və işlərini görsünlər” – deyə, gənc model bildirib.

Müəllif: Ayna.az