Rusiyada spirtli içkilərə məhdudiyyətlər tətbiq olunur

Dünya

05.05.2020 - 11:21

Yeni qadağanın səbəbi karantin zamanı alkoqol istehlakının 2-3 faiz artmasıdır

 

Rusiyada yaşayış binalarında və onlara bitişik ərazilərdə yerləşən kiçik müəssisələrdə alkoqollu içkilərin satışını qadağan edən qanun qüvvəyə minib. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, hakimiyyət orqanları bu cür iaşə obyektlərinin ərazisininin müəyyən edilmiş 20 kvadrat metrdən əlavə artırana da məhdudiyyətlər tətbiq edə bilər.

 

Belə obyektlərdə alkoqol satışının tamamilə qadağa edilməsi də mümkündür.

Məlumata görə, yeni qadağanın səbəbi Rusiyada karantin zamanı alkoqol istehlakının 2-3 faiz artmasıdır.

 

Qanunun qəbul edilməsinin səbəblərindən biri də, yaşayış binalarına bitişik ərazilərdə, həyətlərdə və oyun meydançalarında ictimai qaydanın tez-tez pozulmasından narazı olan vətəndaşların çoxsaylı müraciət və şikayətləri olub.

Federal Məclis tərəfindən aprelin 17-də qəbul edilən qanun qısa vaxtda Prezident Vladimir Putin tərəfindən imzalanıb.

Müəllif: Ayna.az