“Rusiya təslim olacaq, Putin rejimi yıxılacaq” - General orduya yol göstərdi

Dünya

05.09.2022 - 09:43

Malomuj: “Əks halda, Ukrayna uzun sürən müharibə ilə üzləşəcək”

Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj Rusiyanı təslim olmağa məcbur edəcək addımla bağlı danışıb. AYNA UNİAN-a istinadən bildirib ki, planlı hərəkət edilsə, Rusiya təslim olacaq.

"Əgər biz indi qlobal panikaya şərait yaratmaq üçün çox sistemli şəkildə işləsək, bir neçə strateji istiqamətdə strateji hücum əməliyyatlarını inkişaf etdirsək Rusiya çətinə düşəcək. Rusiyanın mövqeləri müvafiq olaraq, şərqdə, cənubda dağılmalıdır... Bu, artıq Krım da daxil olmaqla, bütövlükdə ölkəmizin ərazisinin azad edilməsi perspektividir”, - ordu generalı qeyd edib.

Malomujun sözlərinə görə, Rusiyaya belə qlobal itki Putin rejiminin sonu və Rusiya Federasiyasının ərazi strukturunun dəyişdirilməsi perspektividir: "Bu, bizdən, Ukrayna Silahlı Qüvvələrindən və payız, qış ayları üçün xüsusi əməliyyatların planlaşdırılmasında effektiv modeldən istifadədən asılıdır. Eyni zamanda, tərəfdaşlarımızın qüvvələrinin qətiyyətlə hərəkət etmələri üçün birləşdirilməsindən asılıdır", - general hesab edir.

Malomuj əlavə edib ki, həm daxili, həm də xarici çaşqınlıq və tələskənlik sistemli qələbələrə səbəb olmayacaq: "Uzun sürən, mövqe savaşı olacaq. Bu variant bizim üçün sərfəli deyil".

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri cənubda əks hücuma keçib: avqustun 29-da Ukrayna əsgərləri Xerson vilayətində rusların birinci müdafiə xəttini yarıblar. Bildirilib ki, Ukrayna qırıcıları dəqiq zərbələrlə Rusiya ordusunu işğal olunmuş Krımdan Xerson vilayətinə silah və şəxsi heyətlə təminatdan məhrum ediblər.

Müəllif: Turan Abdulla