Papa Fransiskin İraqa tarixdə ilk apostol səfəri başa çatıb
Roma Papası Fransiskin İraqa tarixdə ilk apostol səfəri başa çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, Papanı Bağdad beynəlxalq hava limanından ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.
Papa İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib. O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib. Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.