Yaqut Qarayeva: “Restoranlarda qida qəbulu zamanı maskadan istifadə mümkün deyil”
“Hazırda açıq havada restoranların və kiçik ticarət mərkəzlərinin açılması məsələsi müzakirə olunur. Çünki etiraf edək ki, restoranlarda qida qəbulu zamanı maskadan istifadə mümkün deyil və sosial məsafələrin saxlanılması çətin olur”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“İndiki yumşalma tədbirlərinin göstəriciləri zamanla nəzərə alınaraq müvafiq qərarlar qəbul edilə bilər. Yəni bütün qərarlar mərhələli şəkildə olacaq”, - o bildirib.