Ramiz Novruz dəfn edilib

Mədəniyyət

21.02.2023 - 16:21

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb

Ötən gün vəfat edən Xalq artisti Ramiz Novruz “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

AYNA xəbər verir ki, mərasimdə aktyorun ailə üzvləri, yaxınları, sənətçi həmkarları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az