"Qorxulu film"in ulduzu vəfat edib

Dünya

07.01.2026 - 23:27

Aktrisa Ceyn Trka 62 yaşında dünyasını dəyişib

"Qorxulu film" filmindəki rolu ilə tanınan amerikalı fitnes modeli və aktrisa Ceyn Trka 62 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Tabloidin hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, Trka 12 dekabr 2025-ci ildə vəfat edib. Aktrisanın oğlu TMZ-yə bildirib ki, o San Dieqodakı evində dünyasını dəyişib.

Aktrisadan xəbər alınmaması ilə bağlı rəfiqəsi məlumat verib və o cəsədi tapılmamışdan bir neçə gün əvvəl ona dəfələrlə zəng etdiyini deyib. Evinə çatanda rəfiqəsi onu mətbəxdə huşsuz vəziyyətdə tapıb.

911-ə zəng etdikdən sonra təcili yardım xidmətləri gəlib və Ceynin öldüyünü bildirib.

Qeyd edək ki, Trka 27 fevral 1963-cü ildə anadan olub. Gələcək aktrisa 1988-ci ildə bodibildinq yarışlarına başlayıb. O 2000-ci ildə çəkilmiş "Qorxulu film" komediyasında Miss Mann rolu ilə şöhrət qazanıb. Trka həmçinin "Drew Carey Show", "Don't Forget Your Toothbrush" və bir neçə digər televiziya seriallarında epizodik rollarda çəkilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş