Qızıl və gümüş nişana layiq görülən şagirdlərin sayı açıqlanıb

Xəbərlər

21.12.2020 - 11:28

XI sinif məzunlarından 19-u qızıl, yeddi nəfər isə gümüş nişana layiq görülüb

 

Bu il 26 məzun qızıl və gümüş nişana layiq görülüb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı illik hesabatda qeyd edilib.

 

Bildirilib ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, yeddi nəfər isə gümüş nişana layiq görülüb.

 

Eyni zamanda, Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar