Qırğızıstanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutub

Dünya

12.04.2021 - 01:24

Seçkilərin ilkin nəticələri bir gündən sonra elan olunacaq

 

Qırğızıstan Konstitusiyanın dəyişdirilməsini nəzərdə tutan referendum və yerli şuralara seçkiləri baş tutub.

 

AYNA xarici mediaya istinadən bildirir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova deyib ki, son məlumata görə, səs hüququ olan 3.3 milyon seçicinin 78 faizi səsvermədə iştirak edib. Bu da o deməkdir ki, referendum və yerli şuralara seçkilər baş tutub. Seçkilərin ilkin nəticələri bir gündən sonra elan olunacaq.

 

Qeyd edək ki, Qırğızıstan Konstitusiyasına təklif edilən dəyişikliklərə əsasən, Prezidentin səlahiyyətləri gücləndirilir, Qırğızıstan Parlamentinin səlahiyyətləri azaldılır və parlamentarilərin sayı 120-dən 90-a endirilir. Referendumda müsbət nəticə əldə olunarsa, Prezident nazirləri təyin etmək və vəzifədən azad etmək səlahiyyəti ilə yanaşı, hökumət üzərində tam nəzarəti götürəcək.

Müəllif: Ayna.az