Qapalı zalda futbol oyunu təşkil etdilər: Qayda pozanlar cərimələniblər

Xəbərlər

08.12.2020 - 15:04

Lənkəranda karantin rejimini pozan 10 nəfər müəyyən edilib

 

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Lənkəran rayonunda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib.

 

Həmin şəxslər Lənkəran Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

 

Obyektin sahibi V.Yusubov barəsində toplanmış materiallar isə baxılmaqdan ötrü Lənkəran rayon məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az