“Putin müharibəni noyabrın 15-dən əvvəl bitirmək istəyir” – JDANOV

Dünya

26.09.2022 - 11:22

Hərbi ekspert: “Rusiya ən qısa zamanda bir milyon insanı səfərbərliyə toplaya bilməz”

“Bəzi mənbələrdən əldə etdiyim məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın təslim olacağına ümid edərək, müharibəni noyabrın 15-nə qədər bitirmək istəyir”. AYNA xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov “YouTube” kanalında yerləşdirdiyi rus işğalı ilə bağlı operativ vəziyyətlə bağlı növbəti videosunda deyib.

Onun sözlərinə görə, Rusiya ən qısa zamanda bir milyon insanı səfərbərliyə toplaya bilməz: “Mənim təxminlərimə görə, bu, yaza qədər davam edəcək... Onlar ilk 300 minini noyabrdan əvvəl və ya ilin sonuna qədər səfərbər edəcəklər. Baxmayaraq ki, Rusiya nədənsə noyabrın 15-nə diqqət yetirir. Belə məlumatlar var ki, guya Putin müharibəni noyabrın 15-dən əvvəl bitirmək istəyir. Amma onun anlayışına görə, müharibənin sonu Ukraynanın danışıqlara razılıq verməsi və Rusiya Federasiyasının şərtləri əsasında təslimiyyəti imzalamasıdır. Yəni Ukrayna ərazilərin itirilməsini qəbul etməli, onları Rusiya ərazisi kimi tanımalı və NATO-ya qoşulmamalıdır”.

Ekspert qeyd edib ki, Rusiya Federasiyasına ikinci hücumu hazırlayıb həyata keçirə bilmək və bütün Ukraynanı işğal etmək üçün səfərbərliyə ehtiyac vardı.

“Ukrayna ordusu köhnə sovet silahları ilə müharibənin gedişatını döndərə bilib və peşəkar rus ordusunu əzmək iqtidarında olub. İndi Rusiya Federasiyası Ukraynanı həvəskar ordu ilə qorxutmaq istəyir”, - Jdanov vurğulayıb.

Hərbi ekspert bildirib ki, Ukrayna ordusu artıq Qərb tipli peşəkar orduya çevrilib: “Şəxsi heyətin, silahların hazırlığı fərqlidir. Ona görə də Rusiya Federasiyasının bura gətirdiyi insanlar bu müharibənin qurbanı olacaqlar. Nə qədər çox insan gətirsələr, bir o qədər çox itki verəcəklər”.

Müəllif: Turan Abdulla