Prezidentin köməkçisi: “Türkiyə münaqişənin həllində vacib rolunu təsdiqlədi”

Siyasət

14.10.2020 - 07:49

Hikmət Hacıyevlə İbrahim Kalın arasında telefon danışığı olub

 

“Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığına şadam. ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi".

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

Müəllif: Ayna.az