Polşada 6 ölkənin müdafiə naziri Ukrayna münaqişəsini müzakirə edəcəklər

Dünya

08.01.2025 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə nazirləri ABŞ-ın yeni administrasiyasının gəlişi ilə baş verə biləcək dəyişiklikləri müzakirə edəcəklər

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yanvarın 13-də Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Ukraynanın müdafiə nazirlərinin görüşünü keçirəcəyini açıqlayıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kosiniyak-Kamış Seymdə (Polşa parlamentinin aşağı palatası) mətbuat konfransında bildirib.

“Gələn həftənin bazar ertəsi Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın müdafiə nazirlərini Ukrayna münaqişəsi ilə bağlı danışıqlara dəvət etdim”, - deyə qeyd edib.

Nazir həmçinin Ukraynanın müdafiə naziri Rustem Umerovun videokonfrans vasitəsilə iclasa qatılacağını bildirib.

Müdafiə nazirləri ABŞ-ın yeni administrasiyasının gəlişi ilə baş verə biləcək dəyişiklikləri müzakirə edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş