Pentaqonun yeni rəhbəri Avropaya gələcək

Dünya

08.02.2025 - 09:48

Həkimlər Klinikalar SEO Xidməti

Pit Heqset fevralın 10-da Avropaya səfərə çıxacaq

Pentaqonun yeni rəhbəri Pit Heqset fevralın 10-da Avropa səfərinə başlayacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Avropaya səfəri çərçivəsində nazir Almaniya, Belçika və Polşada olacaq.

Heqset həftəlik səfər zamanı ordunun dəstəklənməsi və Amerikanın milli təhlükəsizlik maraqlarının inkişaf etdirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Almaniyada Pentaqon rəhbəri ABŞ-ın Avropa və Afrika komandanlıqlarının qərargahına baş çəkəcək, daha sonra Belçikaya gedəcək. Brüsseldə o, NATO müttəfiqlərinin müdafiə xərclərini artırmaq zərurətini müzakirə edəcək.

Polşada isə yerli liderlərlə görüşərək müdafiə sektorunda əməkdaşlıq müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş