“...Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğuna son qoyacaq”
“Əgər Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlayarsa, Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğuna son qoyacaq”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
Patruşev Polşa xarici işlər naziri Radoslav Sikorskinin silahlı münaqişə baş verərsə, Polşa da daxil olmaqla, NATO üzv dövlətlərinin Rusiya üzərində tez bir zamanda qələbə qazanacaqları barədə iddiasını şərh edərkən bildirib: “Polşanın Rusiya üzərində hərbi üstünlüyündən danışan Sikorski görünür, Polşanın Rusiyaya qarşı hərbi əməliyyatlara başlayarsa, Moskvanın bütün qüvvə və resurslarından istifadə edəcəyini və"Polşa dövlətçiliyinin iki-üç gün ərzində mövcudluğuna son qoyacağını anlamır”.