Sel qurbanlarının əksəriyyəti qadın və uşaqlardır
Pakistanın şimal-qərbində yerləşən Xeyber-Paxtunkva əyalətində leysan yağışları bir neçə evin uçması, 14 nəfərin ölümü ilə nəticələnib. AYNA xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, təbii fəlakət nəticəsində ölümlər Torqar bölgəsində və Abbottabad şəhərində baş verib. Sel qurbanlarının əksəriyyəti qadın və uşaqlardır.
Qeyd edək ki, leysan yağışları sentyabrın 11-dən davam edir. Nəticədə əyalətdə bir çox torpaq sürüşməsi və daşqın meydana gəlib. Ucqar bölgələrdəki yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri kəsilib.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Pakistan səlahiyyətliləri zərər çəkmiş bölgələrə xilasetmə qrupları və mühəndis texnikası göndərib.