Apelyasiya Məhkəməsi Marius Borg Høibylə bağlı qərarı qüvvədə saxlayıb
Norveç Apelyasiya Məhkəməsi Norveç Tac Şahzadəsinin oğlunun həbs qərarının məhkəməyəqədər həbsdən elektron qolbağa dəyişdirilməsi ilə bağlı aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb.
AYNA.AZ “Eurointegration.com.ua”ya istinadən bildirir ki, apelyasiya məhkəməsi Norveç Tac Şahzadəsi Mette-Maritin oğlu Marius Borg Høibynin dörd qadına təcavüz etməkdə, eləcə də məişət zorakılığı və digər cinayətlərdə ittiham olunduğu işdə həbs qərarının dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.
Qeyd edək ki, Høiby Tac Şahzadəsinin evində elektron qolbağla həbs cəzasını çəkməyə davam etmək üçün vəsatət qaldırıb. Əvvəl Oslo Rayon Məhkəməsi, ardınca Apelyasiya Məhkəməsi vəsatəti rədd edib. Məhkəmə xüsusilə də Høibynin zərərçəkmişlə əlaqə saxlamağı qadağan edən məhkəmə qərarını pozduğunu qeyd edərək, residivizm riskinin əhəmiyyətli olduğunu iddia edir.
Buna görə də, Tac Şahzadəsinin oğlu 15 iyun tarixinə təyin olunmuş Oslo Rayon Məhkəməsində hökm elan olunana qədər həbsdə qalacaq.