Azərbaycan neftinin bir barrelinin qiyməti 1,14 dollar artıb
Dünya birjalarında neftin qiyməti qalxıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 36,38 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar bahalaşaraq 34,13 dollar təşkil edib.
Bununla yanaşı, Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,14 dollar artaraq 36,11 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.