Azərbaycan nefti 123 dollara satılır
Dünya birjalarında neftin qiyməti azalıb. AYNA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,28 dollar azalaraq 104,32 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,2 dollar azalaraq 92,41 dollar təşkil edib.
Azərbaycan neftinin də qiyməti azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,48 dollar və ya 1,97 faiz azalaraq 123,46 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.