Müğənni Elnarə Abdullayeva cərimələnib

Mədəniyyət

27.08.2020 - 17:05

Sənətçi karantin postundan icazəsiz keçmək istəyib

 

Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, onun barəsində yerindəcə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunub, müğənni cərimələnib.

 

Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yayılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə