Müalicədən qayıdan ər-arvad qəzada ölüb

Hadisə

05.01.2020 - 20:58

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Ərdəbil şəhəri ərazisində qeydə alınıb

 

Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb. 

 

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri - 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

 

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş