Moskvada COVID-19 qurbanlarının sayı artıb

Dünya

06.08.2020 - 05:43

Ölkədə 183 111 aktiv koronavirus xəstəsi var 

 

Moskvada sutka ərzində daha 13 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 534-ə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 866 627, ölənlərin sayı isə 14 490 nəfərdir. Ölkədə 183 111 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş