Mingəçevirdə “Caninin etirafı”

Mədəniyyət

11.09.2019 - 17:01

Həkimlər Klinikalar SEO Xidməti

Tamaşanın ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub

 

Sentyabr ayının 2-dən artıq 51-ci teatr mövsümünə başlayan Mingəçevir Dövlət Dram Teatrı yarandığı 1968-ci ildən respublikanın ən aparıcı teatrlarından biri olub.

 

Tetarın mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov AYNA açıqlamasında bildirib ki, son illərdə Mingəçevir tamaşaçılarının, şəhər rəhbərliyinin, müəssisə rəhbərlərinin teatra marağı çox artıb: “Tamaşaçıları yenidən teatra qaytarmaq, tamaşalara maraq yaratmaq üçün teatrın rəhbəri Səxavət Məmmədov başda olmaqla, yaradıcı heyyət maraqlı repertuar qurur. Dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı əsərlərini repertura daxil edirlər”.

 

V.Məmmədov Mingəçevir Dövlət Dram Teatrının yeni repertuarı barədə də məlumat verib: “Teatrımızda sentyabr ayının 2-dən daha böyük canlanma var. Belə ki, həmin gündən Mingəevir Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, xalqımızın sevimlisi Dədə Aşıq Şəmşirin yadigarı, maraqlı yazıçı, şair, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” iki hissəli faciə-məhəbbət odası əsərinin məşqələrinə başlanılıb. Az bir vaxtda oxucular arasında böyük maraqla qarşılanan “Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün Nəriman Ocaqlı və Ağalar İdrisoğlu səhnələşdiriblər”.

 

“Pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaos, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olunmasına, hakimiyyət üstündə gedən vuruşa, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli şəxslərin, hətta cinayətə əl atmasına həsr olunub”, - deyə sözçü qeyd edib.

 

V.Məmmədovun sözlərinə görə, çox kəskin, dramatik süjetli bu pyesdə, qırmızı xəttlə nakam məhəbbət mötivləri də maraqlı böyalarla göstərilir: “Qızlarımızın səbirsiz olması, öz məhəbbəti yolunda vuruşmaması və kənar fitvalara uyub özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalıqla işlənilib”.

“Maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistetnti Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artsistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Afət Əliyeva, Elmira İbrahimova, Firuz Hacıyev, Məlahət Ağayeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəlyev və başqaları oynayırlar”, - müsahibimiz əlavə edib.

 

Qeyd edək ki, tamaşanın ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub.

 

V.Məmmədovdan öyrəndiyimizə görə, sentyabr ayının 16-da Mingəçevir Dövlət Dram Teatrı dünya şöhrətli məhşur ispan dramaturqu Federiko Qarsio Lorkanın “Qanlı toy” əsəri ilə tamaşaçılarla görüşəcək: “Tamaşanı ispan dilindən Əfqan Xəlilli tərcümə edib. Tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olacaq. Tamaşanın qruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimançı, musiqi tərtibatçısı  Ramiq Nəsirov, tamaşanın plastik  həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır”.

 

Teatrın sözçüsü V.Məmmədov inanır ki, keçən mövsümün sonunda təhvil verilən “Qanlı toy” tamaşası və Xalq artisti Valeh Kərimovun quruluşçu rejissoru olduğu Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) tamaşası Mingəçevir və qonşu rayon tamaşaçılarının sevdikləri və böyük həvəslə baxdığı tamaşalar olacaq.

Müəllif: Ayna.az