Məşhur qardaşlar barədə iddia: Dövlətdən milyonlarla manat vəsait gizlədiblər

Xəbərlər

18.11.2020 - 00:33

Həkimlər Klinikalar SEO Xidməti

Zülfüqarlı qardaşlarının barəsində cinayət işi açıldığı bildirilir

 

Vergilər Nazirliyi Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının rəhbərlik etdiyi "Bakı İnşaat Sənaye" ASC-də onmilyonlarla manat vergidən yayınma faktı aşkarlayıb. Avropa.info-nun əldə etdiyi məlumata görə, Nazirliyin əməkdaşlarının "Bakı İnşaat Sənaye" ASC-də apardıqları yoxlamalar nəticəsində Zülfüqarlı qardaşlarının dövlətdən onmilyonlarla manat gizlətdikləri üzə çıxıb.

 

Saytın əldə etdiyi məlumata görə, vergidən yayınma faktına görə, Zülfüqarlı qardaşlarına cinayət işi açılıb, onlara məxsus  "Bakı İnşaat Sənaye" ASC isə 4 milyon 100 min manat məbləğində cərimələnib. Məlumatda deyilir ki, haqlarında cinayət işi açılan Zülfüqarlı qardaşlarının ölkədən çıxışına qadağa qoyulub və onlar hazırda ölkədən qaçmağa çalışırlar.  

Sayt qeyd edir ki, keçmiş oliqarxlar hesab edilən Zülfüqarlı qardaşları 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçiriblər: “Əvvəllər kustar sexlərində keyfiyyətsiz armatur və başqa tikinti məmulatları istehsal edən Zülfüqarlı qardaşları, 2003-cü ildə tam qanunsuzluqla Poladxan Məmmədkərima aid “Bakı Poladtökmə” zavodunu və bu zavodun avadanlıqlarını ələ keçirdilər… Qardaşlar qısa müddətdə haqsız gəlir əldə edərək, ölkənin ən varlı oliqarxlarından birinə çevrildilər. Lakin 2005-ci ildə qardaşların qanunsuzluqaları üzə çıxdı və hətta yolları həbsdən keçdi”.

 

Saytın məlumatında o da qeyd olunur ki, həbsdən sonra qardaşlar, hazırda Türkiyədə həbsdə olan, qanunsuz fəaliyyətlərdə günahlandırılan "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla qohumluq əlaqəsi yaradıblar: “Bir müddət sonra yenidən Azərbaycanda peyda olan qardaşlar göründüyü kimi, köhnə şakərlərindən əl çəkməyiblər. İndi də dövlətə nə az, nə çox, 4 milyon 100 min manat "atmaq" istəyərkən yaxalanıblar. Və hazırda da ölkədən qaçmağın yollarını arayırlar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş