Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz”

Xəbərlər

26.02.2021 - 10:33

Həkimlər Klinikalar SEO Xidməti

Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz!

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paylaşım edib.

 

AYNA-nın xəbərinə görə, paylaşımda deyilir: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş