Bakı İnzibati Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək
Bu gün Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb. Məhkəmə VK-nın iddiasını təmin edərək, xanım vəkilin fəaliyyətinə xitam qərarı çıxarıb.
AYNA-nın xəbərinə görə, Ş.Hümbətovanın vəkili Elçin Sadıqov bildirilib ki, Bakı İnzibati Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Vəkillər Kollegiyası məhkəməyə müraciətində bildirib ki, Ş.Hümbətova altı aydan çox üzvlük haqqını ödəməyib. Buna görə də Şəhla Hümbətovanın Vəkillər Kollegiyasındakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət ünvanlanıb.
E.Sadıqovun sözlərinə görə isə əslində, üzvlük haqqının ödənilməməsi ilə bağlı Ş.Hümbətovaya məlumat verilməyib: “Kollegiyanın çıxardığı qərardan iki gün sonra isə Ş.Hümbətova üzvlük haqqını tam ödəyib”.