Maskın şirkətinin kosmik gəmisi partlayıb

Dünya

28.09.2026 - 23:52

"Starship" gəmisi ilk orbital uçuşundan sonra suya enərkən partlayıb

İlon Maskın “SpaceX” şirkətinin "Starship" gəmisi ilk orbital uçuşundan sonra suya enərkən partlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, “SpaceX” hadisəni sosial mediada canlı yayımlayıb.

Məlumata görə, aparat şaquli mövqe tutaraq okeana enməyə başlayıb. Lakin mühərrikləri dərinliklərə doğru sürüşərkən partlayış baş verib. Suyun üzərində odlu göbələk buludu peyda olub və "Starship" gəmisinin parçaları havaya buraxılıb.

Daha əvvəl “SpaceX”in 700-cü “Falcon” raketini kosmosa göndərdiyi bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş