Marko Rubio Ermənistana rəsmi səfər edəcək.

Dünya

25.05.2026 - 14:39

“İkitərəfli sənədlərin imzalanması planlaşdırılır"

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da İrəvana səfər edəcək və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana gələcək. Xarici işlər naziri Ararat Mirzoyan və Marko Rubio arasında görüş keçiriləcək və bundan sonra mətbuata açıqlama verəcəklər. İkitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə XİN bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş