Şəhərdə fövqəladə vəziyyət elan edilib
Los-Ancelesdə şəhərin qərb hissəsində bir neçə ərazini əhatə edən meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib. Son məlumata görə, iki nəfər ölüb. On minlərlə sakin təxliyə edilib, 1500-ə yaxın yaxın yanğınsöndürən yanğının söndürülməsinə cəlb olunub. Lakin fırtınalı küləklər səbəbindən onlar hələ də alovun qarşısını ala bilməyiblər.
Hazırda Los-Anceles metropoliteninin kənarında üç meşə yanğını davam edir.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi çərşənbə günü keçirdiyi mətbuat konfransında Pasadena yaxınlığındakı bu yanğınlarda iki nəfərin öldüyünü söyləyib. İdarə rəisi Antoni Marron bildirib ki, bir çox insan yanıq xəsarəti alıb, bəziləri ciddidir.
Pasadena yaxınlığındakı yanğın artıq 900 hektardan çox ərazini əhatə edib. Marronun sözlərinə görə, 700 yanğınsöndürən alovla mübarizə aparsa da, onun qarşısını almaq mümkün deyil.
Səlahiyyətlilər xəbərdarlıq edir ki, fırtınalı küləklər və quru hava şəraiti daha da pisləşdirir və yanğını məhdudlaşdırmaq üçün hələlik heç bir yol yoxdur.
"Santa Ana küləkləri"nin küləkləri müntəzəm yerli təbiət hadisəsidir - sürəti 80-100 km/saata, bəzi yerlərdə, yüksək ərazilərdə isə 160 km/saata çatır.
Marron Pasadena yanğınının artıq 100-dən çox binanı məhv etdiyini və yanğının Los-Anceles və ətrafdakı hər kəsi təhdid etdiyini söyləyib.
"Güclü küləklər və aşağı rütubət Los-Anceles dairəsində hər kəsi risk altında qoyur", - İdarənin rəisi deyib.
Qeyd edək ki, Los-Anceles qraflığının 9,66 milyon əhalisi var.