Bir zabit və bir neçə əsgər pilotsuz təyyarənin hücumu nəticəsində həlak olub
Livan ordusunun bir zabiti və bir neçə əsgəri Livanın cənubundakı Nəbati əyalətində İsrailin pilotsuz təyyarəsinin onların cipinə hücumu nəticəsində həlak olub. AYNA.AZ xəbər verir ki, bu barədə Livan ordusu məlumat yayıb.
"Ordu komandanlığı Hardali-Nabatiyə magistral yolunda hərəkət edən hərbi maşına qarşı vəhşicəsinə hücum zamanı bir zabitin və bir neçə əsgərin öldüyünü bildirir", - deyə bəyan edilib.