“Ölkə ərazisində yalnız Livan ordusu və BMT-nin Livandakı Müvəqqəti Qüvvələri fəaliyyət göstərəcək”
Livan rəhbərliyi ölkənin cənubunda, İsraillə sərhədə yaxın ərazidə hərbi personalın sayını 10 minə çatdırmaq niyyətindədir. AYNA “Əl Cəzirə”yə istinadən bildirir ki, bu barədə müdafiə naziri Moris Slim deyib.
“Cənubda Livan ordusunun sayını 10 minə çatdıracağıq. Ölkə ərazisində yalnız Livan ordusu və BMT-nin Livandakı Müvəqqəti Qüvvələri fəaliyyət göstərəcək”, - nazir qeyd edib.
“Biz beynəlxalq qətnamələrə əməl etməyə sadiqik və ordumuzu cənub sərhədində yerləşdirməklə suverenliyimizi təmin edəcəyik”, o əlavə edib.